İlham Əliyev polşalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev polşalı həmkarını təbrik edib

Qafar Ağayev12:44 - 03 / 05 / 2024
İlham Əliyev polşalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.

1news.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

3 May – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Polşa arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.

Avropa İttifaqı üzv dövləti və Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarı kimi Polşanın bütün Cənubi Qafqazı əhatə edən regional əməkdaşlığı təşviq edən Avropa İttifaqının siyasətinin formalaşmasına xidmət edən mövqeyini yüksək qiymətləndiririk.

Əminəm ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialının reallaşdırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Polşa xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Paylaş:
153

Son xəbərlər

Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:32İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olubBu gün, 09:23Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:01İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18
Bütün xəbərlər